Trans-Adriatik boru kəmərinin (TAP) Yunanıstan hissəsi qazla doldurulub.

Metbuat.az bu barədə TAP konsorsiumuna istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, konsorsium noyabrın 25-də boru kəmərinin Yunanıstanda Evros çayı və Kipiy kompressor stansiyası arasındakı 2 kilometrlik sahəsini təbii qazla doldurmağa başlayıb.