“Qurd” həyat yoldaşına bu xanımla xəyanət edib? -

“Qurd” ləqəbi ilə məşhur olan reper Fərid Eminov ilk dəfə sevgilisinin şəklini paylaşıb.

Metbuat.az xəbər verir ki, reperin “Instagram” səhifəsindəki paylaşımı müzakirələrə və şayiələrin yenidən alovlanmasına səbəb olub.

“Qurd” gənc xanımla olan şəklinə “üzünü güldürən varsa, hər yer sənin üçün möcüzələr aləmidir” şərhini yazıb.

Reper paylaşımdan sonra istifadəçilərin “sevgilinizdir?”, “həyat yoldaşınıza bu xanımla xəyanət etmisiniz?” rəylərinə “xoşbəxtlik arzu edənlərə təşəkkür edirəm!” cavabını yazıb.

Hər kəs reperin həyat yoldaşını bu xanımla aldatdığını qeyd edib.

Qeyd edək ki, reper keçən il həyat yoldaşından boşandığını, xanımının da ondan xəyanətə görə ayrıldığını etiraf etmişdi. Qeyd edək ki, cütlüyün iki oğlu var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR