Qərb ölkələri keçmiş əsrlərdəki vərdişlərindən imtina etməlidir.

Metbuat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

“Ən yaxşı imkan bu qeyri-normal situasiyanı bitirməkdir. Qərb imperiya iddialarından imtina etməlidir”, – deyə o bildirib.

Lavrov Vaşinqtonun Mərkəzi Asiya ölkələrinin Moskva ilə münasibətləri inkişaf etdirməsinə maneə yaratmağa çalışdığını söyləyib:

“ABŞ çoxdan Mərkəzi Asiya dövlətləriylə işləyir. Biz bilirik ki, onlar aralarında hərbi müttəfiqlərimiz olmasına rəğmən, Mərkəzi Asiya ölkələrini birbaşa razı salmağa çalışırlar”. (axar.az)