Dünyanın aparıcı əsginaz istehsalçısı müflis olmaq üzrədir

Dünyanın aparıcı əsginaz istehsalçısı müflis olmaq üzrədir
18:12 27 Noyabr 2019
95 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın və dünyanın 198 illik tarixə malik əsginas istehsalçısı - "De La Rue" şirkəti müflis olmaq üzrədir. 
"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir. 
Məlumata görə, şirkət təkcə bu ilin aprel-sentyabr aylarında 9,2 funt sterlinq zərərlə üzləşib, onun xarici borcları isə illik müqayisədə 58,7% artaraq bu il iyulun 1-nə 170,7 milyon funt sterlinqə çatıb. 
Xatırladaq ki, "De La Rue" 1821-ci ildə yaradılıb. Şirkət ilk öncə Mavritaniya üçün əsginaslar hazırlaşır. Hazırda isə kommersiya qurumu İngiltərə Mərkəzi Bankı (BoE) da daxil olmaqla 140 mərkəzi banka xidmət göstərir və dünyadakı əsginasların 1/3-ni istehsal edir. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/dunyanin-aparici-esginas-istehsalcisi-muflis-olmaq-uzredir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR