Böyük Britaniyanın və dünyanın 198 illik tarixə malik əsginas istehsalçısı "De La Rue" şirkəti müflis olmaq üzrədir.
Məlumata görə, şirkət təkcə bu ilin aprel-sentyabr aylarında 9,2 funt sterlinq zərərlə üzləşib, onun xarici borcları isə illik müqayisədə 58,7% artaraq bu il iyulun 1-nə 170,7 milyon funt sterlinqə çatıb.
Xatırladaq ki, "De La Rue" 1821-ci ildə yaradılıb. Şirkət ilk öncə Mavritaniya üçün əsginaslar hazırlayır. Hazırda isə kommersiya qurumu İngiltərə Mərkəzi Bankı (BoE) da daxil olmaqla 140 mərkəzi banka xidmət göstərir və dünyadakı əsginasların 1/3-ni istehsal edir. /report