Göyçayda "VAZ 2107" ağaca çırpılıb, ölən və yaralanan var

Göyçayda "VAZ 2107" ağaca çırpılıb, ölən və yaralanan var
05:37 28 Noyabr 2019
153 Digər
Ölkə mətbuatı
A- A+

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə gecə saatlarında Göyçay-Ucar avtomobil yolunun 2-ci kilometrliyində, Cəyirli kəndi ərazisində qeydə alınıb.
"23-BL-046" dövlət nömrə nişanlı "VAZ-2107" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı zərbənin təsirindən sürücü, rayonun Ləkçiplaq kənd sakini Rüstəmov Ruslan Ramiz oğlu və sərnişini Şamilov Elxan Füzuli oğlu ağır xəsarətlər alaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, sürücü dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/goycayda-vaz-2107-agaca-cirpilib-olen-ve-yaralanan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR