Gürcüstan müxalifəti parlament binası qarşısında keçirdiyi etiraz aksiyasını bərpa edib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, səhər saatlarından parlament binasının yerləşdiyi Rustaveli prospektinə toplanan müxalif "Avropalı Gürcüstan" və "Vahid Milli Hərəkat" partiyalarının tərəfdarları qanunverici orqanı yenidən bloklayacaqlarını açıqlayıblar. Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib və parlamentin bütün giriş nöqtələri polisin nəzarətindədir.

Qeyd edək ki, bu gün Gürcüstan parlamentinin payız sessiyasının növbəti iclasının keçirilməsi planlaşdırılıb.