Çempionlar Liqası: Komandası "pley-off"a vəsiqə qazanan ən gənc baş məşqçi 32 yaşındadır

Çempionlar Liqası: Komandası "pley-off"a vəsiqə qazanan ən gənc baş məşqçi 32 yaşındadır
11:27 28 Noyabr 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

Almaniyanın "Leyptsiq" komandasına rəhbərlik edən Yulian Nagelsman UEFA Çempionlar Liqasının tarixində "pley-off" mərhələsinə vəsiqə qazanan ən gənc baş məşqçidir.
"Report" xəbər verir ki, almaniyalı mütəxəssis buna 32 yaş 4 ay 4 günündə nail olub. Komanda Portuqaliya "Benfika"sı ilə ev oyununda 90-cı dəqiqəqəyə qədər 0:2 hesabı ilə geridə olsa da, məğlubiyyətdən qaçıb - 2:2.
Nagelsmanın rəhbərlik etdiyi komanda 5 turdan sonra G qrupunda birinci pillədə qərarlaşıb. Rusiya "Zenit"i və Fransa "Lion"unun 7, "Benfika"nın isə 4 xalı var.
Qeyd edək ki, Yulian Nagelsman"Leyptsiq"ə bu ilin yayından rəhbərlik edir. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/almaniyali-mutexessis-cempionlar-liqasinin-tarixine-dusdu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR