Təhlükə saçan yanacaqdaşıyan maşınlar - Partlasa... - VİDEO

Təhlükə saçan yanacaqdaşıyan maşınlar - Partlasa... - VİDEO
13:57 28 Noyabr 2019
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Elə bir neçə gün öncə də Biləsuvarda 38 ton benzin daşıyan maşın qəza törədərək yanıb. Bu maşınları günün istənilən saatı, nəqliyyatın intensiv olduğu küçələrdə görmək mümkündür.

Milli.Az bildirir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında geniş süjet yayımlanıb.

Ərşad Hüseynov - Ekspert: "Günorta vaxtı yanacaqdolduran iritutumlu maşınlar mərkəzi prospektdə gedir, özə də dolu".

Amma Nazirlər Kabinetinin qəbul etdiyi 10 saylı qərara görə, bu maşınların hərəkəti və təyinat nöqtələri əvvəlcədən müəyyən edilməlidir. Həmin qərara görə, avtomobilin bu yükləri daşıması üçün sertifikatı olmalıdır. Eynilə də o nəqliyyat vasitəsini idarə edən sürücünün də xüsusi icazəsi olmalıdır.

Ərşad Hüseynov - Ekspert: "Ona nəqliyyat vasitəsi verilir və mütəmadi təlimat vaxtları verilir. Məsələn, 1 il müddətinə bu vaxtlar hərəkət etməlisən, saat filanda yanacağı götürməlisən, şəhərdən çıxmalısan".

Sadalanan qayda və şərtlərlə yanaşı hər bir maşında yanacağın təhlükəliliyini bildirən işarələr və yanğın balonlarının olması da mütləqdir.

Elnur Babayev - FHN-nin rəsmisi: "Maşının üzəri təmiz olmalıdır. Həm kabinədə, həm də qoşqu hissədə, hərəsi 5 kiloqram olmaqla, iki ədəd quru yanğından mühafizə balonları olmaldır".

Amma, deyəsən, hökumətin qərarının bu hissəsi ya yaddan çıxıb, ya da varlığından xəbərsizik... Belə olan halda həmin maşınların təhlükəli hərəkəti, kiçik qəzanın fonunda baş verə biləcək, ağır hadisə qaçılmaz olacaq.

Ərşad Hüseynov - Ekspert: "Həmin avtomobil qəza vəziyyətində olan zaman onun ətrafında ən azı 100 metr məsafə boşaldılmalıdır. Burada xüsusi təhlükəsizlik tədbirləri görülməlidir. FHN-ə və DYP-ə məlumat verilməlidir, ərazinin və insanların mühafizəsi təşkil edilməlidir. Onun içində 38 ton yanacaq var. Şəhərin içində partlayış olsa, uzaq olsun, nə baş verər?"

Xırda diqqətsizlik və kimlərinsə etinasız yanaşması təhlükəli maddə daşıyan həmin maşınların yanmasına, partlamasına səbəb ola bilər ki, bu da insan ölümünə yol aça bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/806007.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR