NATO hərbi xərcləri artırır -

NATO Baş katibi Yens Stoltenberq hərbi xərclərin 400 milyard dollara çatacağını elan edib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, o 2016-cü illə müqayisədə 2024-cü ildə hərbi xərclərin 400 milyard dollar artırılacağını vurğulayıb.

“NATO-nun ümumi xərcləri 2024-cü ilə qədər 400 milyard dollar artırılacaq. Bu tarixdə misilsiz artım olacaq”-deyə Stoltenberq deyib.

NATO sammiti 3-4 dekabrda Londonda keçiriləcək. (modern.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR