Avtobusun yük hissəsindən 5 min manatlıq qızıl oğurlayan şəxs tutuldu

Avtobusun yük hissəsindən 5 min manatlıq qızıl oğurlayan şəxs tutuldu
18:22 29 Noyabr 2019
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Hacıqabulda mikroavtobusdan oğurluq olub.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində Regional qrupundan Milli.Az-a verilən məlumata görə, 16 noyabrda Ağdaş rayonu Ləki qəsəbə sakini Gülnar Mollayeva DİN-in "102 Zəng Mərkəzi" Xidməti ilə əlaqə saxlayaraq yaşadığı rayondan Bakı şəhərinə gedərkən Hacıqabul rayonu Muğan qəsəbəsi ərazisində mikroavtobusun yük hissəsində olan ona məxsus çantadan ümumi dəyəri 5000 manat olan qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı Həsrət Bəkirov saxlanılıb. Dindirilmə zamanı H.Bəkirov törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı qızıl-zinət əşyaları ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/806428.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR