Sovet vaxtı şair vəzifə kimi bir şey idi. Söhbət rəsmi statusdan gedirsə şair, yazıçı elə bil ki, həm "Raykom" katibi idi, həm molla idi, həm ziyalı idi. İndi o boşluqlar yoxdur artıq. Sovet vaxtı başqa idi axı. Çox sözlər deyilə bilmirdi. Hansısa şeirdə şairin ağlına gəlməyən mənalar axtarırdılar. Bunu həm oxucu axtarırdı, həm də o senzura axtarırdı.

Milli.Az xəbər verir ki, bu sözləri "Zaurla Günaydın"da qonaq olan Xalq şairi Ramiz Rövşən deyib.

Ramiz Rövşən şairlərin şeirlərində öz bioqrafiyalarını qeyd etdiyini bildirib:

"Sovet vaxtı şair həm raykom katibi idi, həm molla idi"

"Ən gözəl şeir odur ki, oxuyan adam deyir ki, dilimin ucunda idi. Halbuki dilinin ucunda deyildi. Amma onun içində, ruhunda var idi. Əgər sənin şeirin o adamın ruhu ilə səsləşirsə... Şair şeirə öz bioqrafiyası ilə gəlir. Oxucu da o cür, şeirə öz bioqrafiyası ilə yanaşır. Birdən elə məqam olur ki, şairlə oxucu o şeirdə görüşürlər və şairin yazdığı şeirlə oxucunun oxuduğu şeir eyni deyil əslində".

Təhməz Təkin
Milli.Az