Qadın idman gimnastlarımız Polşadan medallarla qayıdır (FOTO)

Qadın idman gimnastlarımız Polşadan medallarla qayıdır (FOTO)
13:15 2 Dekabr 2019
100 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

30 noyabr-1 dekabr tarixlərində Polşanın Katoviçe şəhərində idman gimnastikası üzrə “Barborka Cup 2019” adlı beynəlxalq turnir keçirilib.

Trend-in məlumatına görə, turnirdə qadın idman gimnastikası üzrə təmsilçilərimiz Milana Minakovskaya, Nazənin Teymurova, Məryəm Musayeva və Duyğu Məcidzadə iştirak edib.

Qzılar komandamızın hesabına 2 medal yazdırıblar. Gənclər yaş qrupunda çıxış edən Milana Minakovskaya rəqiblərini geridə qoyaraq 48,634 balla çoxnövçülükdə qızıl medal qazanıb və fəxri kürsünün ilk pilləsinə yüksəlib. Bu yaş kateqoriyasında iştriak edən daha bir gimnast Nazənin Teymurova isə yarışı 11-ci yerdə bitirib.

Daha bir medalı yeniyetmələr arasında çıxış edən Məryəm Musayeva qazanıb. O, 52,267 balla çoxnövçülükdə 3-cü olub. Onunla eyni qrupda çıxış edən Duyğu Məcidzadə isə 8-ci yerdə qərarlaşıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3157285.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR