Bir ailənin 5 üzvünün öldüyü qəzadan görüntülər - VİDEO

Bir ailənin 5 üzvünün öldüyü qəzadan görüntülər - VİDEO
09:57 3 Dekabr 2019
145 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, dekabrın 1-də axşam saatlarında Şəmkir - Gədəbəy avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində dəhşətli avtomobil qəzası baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Şəmkir rayon sakini, 1985-ci il təvəllüdlü Tural Abdıyevin idarə etdiyi "Mitsubishi Pajero" markalı avtomobil, qohumu olan, 1974-cü il təvəllüdlü Vüqar Orucovun idarə etdiyi "VAZ-21011" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində bir ailənin beş üzvü, Şəmkir rayon sakinləri, bir yaşlı Əliyeva Həyat Rəşad qızı, 1994-cü il təvəllüdlü Orucova Nübar Dilqəm qızı, 1974-cü il təvəllüdlü Orucov Vüqar Bayram oğlu, 1970-ci ilə təvəllüdlü Orucov Dilqəm Bayram oğlu və 1971-ci il təvvəlüdlü Orucova Rəsmiyyə Nürəddin qızı dünyasını dəyişib.

Baş verən qəzanın nəticəsini əks etdirən görüntüləri təqdim edirik:

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/807226.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR