Rəqibindən Həbibə gözdağı: Onu qana boyayacağam

Rəqibindən Həbibə gözdağı: Onu qana boyayacağam
17:47 3 Dekabr 2019
141 İdman
Ölkə mətbuatı
A- A+

Qarışıq döyüş növləri üzrə (UFC) eks-çempion Toni Ferqyuson rusiyalı həmkarı Həbib Nurməhəmmədovla gözlənilən döyüşünü şərh edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 35 yaşlı amerikalı əmindir ki, onun H.Nurməhəmmədov qarşısında üstünlükləri var:

"Mən artıq onun ağlını məşğul etmişəm. O məni izləyir və səylə məşq edir. Nurməhəmmədov o qədər çox qəzəblənəcək ki, səhv etməyə məcbur olacaq. Məhz bu məqamda rəqibimi yaxalayacağam! Həbibi qana boyayacağam!"

Qeyd edək ki, yüngül çəkili döyüşçülər 2020-ci ilin aprel ayında Bruklində üz-üzə gələcəklər. Rusiyalı Həbib Nurməhəmmədov üçüncü dəfə yüngül çəkidə çempionluq titulunu qorumağa çalışacaq. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/807445.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR