Şəbəkədə potensial iPhone SE 2 smartfonunun istehsalı ilə bağlı müxtəlif şayiələr yayılıb.
Milli.Az banker.az-a istinadən xəbər verir ki, mütəxəssislərin qeyd etdiyi kimi, modelin istehsalına bu ilin dekabr ayında başlanacaq. Beləliklə, yaxın gələcəkdə iPhone SE 2-nin təqdimatını gözləyə bilərik.
Xatırladaq ki, daha əvvəl bu smartfonun buraxılışının 2020-ci ildən tez olmayacağı barədə məlumat yayılmışdır. Yeni cihazın iPhone 11 Pro və iPhone 11 Pro Max modellərində olduğu kimi A13 çipset ilə təchiz ediləcəyi güman edilir.
iPhone SE 2 smartfonunun qiyməti 3 min yuan və ya 420 dollar təşkil edəcək.
Milli.Az