Daşkəsəndə 16, Sarıbaşda 11 sm hündürlüyündə qar yağıb

Daşkəsəndə 16, Sarıbaşda 11 sm hündürlüyündə qar yağıb
15:12 5 Dekabr 2019
148 Ölkə
Ölkə mətbuatı
A- A+

Dekabrın 5-i ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a bildirilib ki, düşən yağıntının miqdarı Lənkəranda 24 mm, Astarada 19 mm, Oğuzda 13 mm, Kişçayda 12 mm, Şəkidə 11, Daşkəsəndə 10 mm, Göygöldə 9 mm, Mingəçevirdə 8 mm, Qəbələ, Gədəbəy, Yardımlıda 7 mm, Quba, Sarıbaş, Ağsuda 6 mm, Tərtər, Naftalanda 5 mm, Naxçıvan, Şahbuz, Gəncə, Zaqatala, İsmayıllı, Qusar, Bərdə, Lerik, Sədərəkdə 4 mm, Şərur, Ordubad, Ağdərə, Xaltan 3 mm, Bakı, Şabranda 2 mm, Maştağa, Zabrat, Şəmkir, Tovuz, Ağdam, Balakən, Mərəzə, Altıağac, Qırız, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Biləsuvar, Neftçala, Nabranda 1 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Daşkəsəndə 16 sm, Sarıbaşda 11 sm, Göygöldə 7 sm, Ağdərədə 6 sm, Qırızda 5 sm, Xaltanda 2 sm, Qusar, Altıağacda 1 sm olub.

Şimal-qərb küləyi arabir Naftalan, Mərəzə, Neftçalada 20 m/s, Xaçmazda 18 m/s, Bakıda və Abşeron yarımadasında 17-22 m/s, bəzi yerlərdə arabir 25 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5,2 m olub.

Ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti dekabrın 6-dək davam edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/808036.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR