x
Loading...

Şenol Güneş Bakıdan razılıqla qayıdıb

Şenol Güneş Bakıdan razılıqla qayıdıb
18:07 5 Dekabr 2019
90 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Bakıya səfəri zamanı stadionlara və otellərə baxış keçirib.
"Report"un məlumatına görə, 67 yaşlı mütəxəssisin səfəri qısamüddətli olub. O, Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika stadionu, "Bakcell Arena" və "Dalğa Arena"ya baş çəkib, otellərlə tanış olub. Stadionları və otelləri bəyənən Günəş seçimini yaxın vaxtlarda edəcəyini bildirib. O, iki həftə son yenidən Bakıya qayıdacaq və Türkiyə millisinin AVRO-2020-nin oyunları zamanı harada məskunlaşacağına qərar verəcək.
Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.
AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/senol-gunes-iki-hefte-sonra-yeniden-bakiya-qayidacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR