Bakı, 18 may, Samirə Quliyeva, AZƏRTAC
“Bank of Baku” qısa müddətə yüksək gəlir əldə etmək və vəsaitlərini etibarlı şəkildə qorumaq istəyən şəxslər üçün “Qısamüddətli əmanət” məhsulunu təqdim edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, bu əmanət üzrə vəsaitləri AZN olmaqla, 1 aydan 6 ayadək yerləşdirmək mümkündür. Minimal əmanət məbləği 500 AZN, qısamüddətli əmanət üzrə illik gəlir 16 faizədəkdir. Bu əmanətin əsas fərqi ondadır ki, qısamüddətli manat vəsaitinə sahib olan şəxslər 6 aya, hətta daha az müddətə yüksək faiz əldə edə bilərlər.