Bakıda Azərbaycan-Rusiya Hökümətlərarası Komissiyasının iclası keçirilir

Bakıda Azərbaycan-Rusiya Hökümətlərarası Komissiyasının iclası keçirilir
13:17 9 Dekabr 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycanda 550-dən çox Rusiya kapitallı şirkət fəaliyyət göstərir”.
“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Rusiya Hökümətlərarası Komissiyasının iclasında baş nazirin müavini Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, indiyə qədər Rusiya Azərbaycan iqtisadiyyatına 4,9 milyard ABŞ dolları məbləğində investisiya qoyub. Azərbaycanın Rusiya iqtisadiyyatına investisiyalarının məbləği isə 1,2 milyard dollar təşkil edib.
“Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 19%, bu ilin əvvəlindən isə illik müqayisədə 23% artıb”, - deyə hökumət rəsmisi qeyd edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycan-rusiya-hokumetlerarasi-komissiyasinin-iclasi-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR