Azərbaycanla Rusiya arasında gömrük sferasında qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanla Rusiya arasında gömrük sferasında qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub
19:52 9 Dekabr 2019
53 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Rusiya Federasiyası Federal Gömrük Xidməti rəhbərinin müavini Andrey Strukov ilə görüşüb.
Komitədən "Report"a verilən xəbərə görə, Rusiyalı qonağı səmimi salamlayan Komitə sədri Azərbaycan ilə Rusiya arasındakı mehriban qonşuluq və əməkdaşlıq münasibətlərindən məmnunluqla bəhs edib və iki ölkənin işgüzar, peşəkar əlaqələrə malik olan gömrük orqanlarının bu da münasibətlərin inkişafına öz töhfəsini verdiyini diqqətə çatdırıb.
Son illərdə Prezident İlham Əliyev tərəfindən gömrük sistemində həyata keçirilən islahatlar barədə məlumat verən Səfər Mehdiyev tətbiq edilən yeniliklər hesabına gömrük prosedurlarının daha da sadələşdirildiyini, sərhədkeçmə vaxtının minimuma endirildiyini, şəffaflığın təmin olunduğunu, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi, ölkənin tranzit imkanlarının artırılmasında mühüm nailiyyətlərin əldə edildiyini bildirib.
Komitə sədri, Azərbaycanın xarici ticarət dövriyyəsində Rusiya Federasiyasının xüsusi çəkiyə malik olduğunu vurğulayıb, iki ölkənin iqtisadi və ticarət münasibətlərinin daha da inkişaf etdirilməsi üçün mövcud olan əlavə imkanlardan səmərəli istifadə olunacağına əminliyini ifadə edib.
Rusiya Federasiyası Federal Gömrük Xidməti rəhbərinin müavini Andrey Strukov səmimi görüşə görə təşəkkürünü bildirib, Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, bütün sahələrdə, o cümlədən, gömrük sferasında qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb, əlaqələrin perspektivlərindən danışıb.
Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycanla-rusiya-arasinda-gomruk-sferasinda-emekdasliq-muzakire

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR