Tramp Lavrovla görüşü çox yaxşı adlandırıb

Tramp Lavrovla görüşü çox yaxşı adlandırıb
05:42 11 Dekabr 2019
104 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü "çox yaxşı" adlandırıb.
“Report” xəbər verir ki, Ağ Ev rəhbəri görüşə özünün sosial şəbəkədəki səhifəsində reaksiya verib.
"İndicə xarici işlər naziri Serqey Lavrovla və Rusiya nümayəndələri ilə çox yaxşı görüş oldu", - deyə Tramp özünün “Twitter”dəki hesabında yazıb.

O qeyd edib ki, görüşdə bir çox məsələlər müzakirə edilib. Bunlar iki ölkə arasında ticarət də daxil olmaqla, İran, Şimali Koreya, yaxın və orta mənzilli raketlərin ləğvi, nüvə silahlanmaları üzərində nəzarət və seçkilərə müdaxilə haqqında müqavilədir.
Daha əvvəl Sergey Lavrov bildirib ki, ABŞ prezidenti Donald Trampla görüşdə Moskvanın Vaşinqtona 2019-cu ilin sonuna kimi strateji hücum silahlarının ixtisarı məhdudiyyəti haqqında müqavilənin uzadılması barədə təklifini təsdiq edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tramp-lavrovla-gorusu-cox-yaxsi-adlandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR