Növbəti tədris ilində qəbula hansı ixtisaslar əlavə ediləcək? -

Məlum olduğu kimi, 2020-2021-ci tədris ilindən etibarən ali təhsil müəssisələrinə qəbul yeni təsnifat əsasında aparılacaq.

Metbuat.az yeni Qərarı şərh etmək üçün təhsil üzrə ekspert Telman Abdullayevin fikirlərini öyrənib. Ekspert bildirib ki, müasir dövrün tələblərinə uyğun kadr hazırlanması üçün addımların atılması zəruridir:

"Dünyada baş verən texnoloji dəyişiklik özünü bir çox sahələrdə göstərməkdədir. Xüsusən əmək bazarında son zamanlar bir çox profillərdə artan tələb ali məktəb və peşə məktəblərində rəhbərlik tərəfindən müzakirə edilmiş və nəticə olaraq yeni ixtisasların yaradılmasına zərurət yaratmışdır. Və təbii ki, bu günü tələblərinə cavab verən işçi qüvvəsi hazırlamaq üçün ilk öncə ali təhsil müəssisələrində yenidən qurma, infrastruktur islahatlar aparılmalı xarici təcrübə öyrənilməli, dövrün tələblərinə cavab verən texno parklar qurulmalıdır.

Nazirlər kabinetinin 11 fevral 2019-cu il tarixli 45 nömrəli qərarına əsasən 13 ixtisas yenilənib və bunu müsbət hal kimi dəyərləndirirəm. Ali məktəblərə qəbul aparılacaq yeni və yenilənmiş ixtisaslar bunlardır: İctimai səhiyyə, Hərbi tibb, Tibb, Sərhəd təhlükəsizliyi və idarəetmə, Sistemlər mühəndisliyi, İctimai təhlükəsizlik və idarəetmə, Turizm bələdçiliyi, Yanğın təhlükəsizliyi mühəndisliyi, Radiotexnika və telekommunikasiya mühəndisliyi, Mədən mühəndisliyi, Kommunikasiya sistemləri mühəndisliyi, Biotexnologiya, Beynəlxalq ticarət və logistika".

Ekspert həmçinin qeyd edib ki, qarşıdakı illərdə təlabatın ən çox olacağı peşələr bunlardır:

1.Günəş enerjisi texnikləri (Solar Energy Technicians) 105%

2. Külək enerjisi texnikləri (Wind Energy Technicians) 96%

3. Evdə sağlıq yardımı(Home Health Aides) 47%

4. Şəxsi baxıcı yardımçılar(Personal Care Aides) 39%

5. Həkim köməkçiləri (Physician Asistants) 37%

6. Baş tibb bacısı (tibb qardaşı) (Nurse Practitioner) 36%

7. Statisticians (Statistik təhlilçilər) 34%

8. Physical Therapist Asistants (Fizioterapevt yardımçılar) 31%

9. Applikasiya (tətbiq) proqram təminatçısı (Applicatioan Software Developer) 31%

10. Mathematicians (Riyaziyatçılar) 30%

Telman Abdullayev deyir ki, bu ixtisaslara tələb ölkələrə görə fərqlilik göstərir:

"Təbii ki, qeyd etdiyim ixtisaslara tələb və təklif ölkədən ölkəyə dəyişir. Burda bir çox faktorlar: din, kültür, milli dəyərlər və s rol oynayır. Məsələn, qeyd olunan ixtisaslardan "Evdə sağlıq yardımçısı (Home Health Aides)" peşəsinə ehtiyac digər inkişaf etmiş ölkələrlə müqayisədə az olması başa düşüləndir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)