Rəfael Dadaşov yaxın günlərdə evə buraxılacaq

Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən Xalq artisti Rəfael Dadaşovun vəziyyəti normallaşıb.

Metbuat.az xəbər verir ki, bu barədə trend-ə Mərkəzi Neftçilər Xəstəxanasından məlumat verilib.

Məlumatda bildirilir ki, Xalq artistinin vəziyyəti normaldır və palata şəraitində müalicəsini davam etdirir: "Özünü yaxşı hiss edir. Müalicəsi davam etdirilir. Şənbə günü evə buraxılacaq".

Xatırladaq ki, dekabrın 2-də axşam saatlarında xalq artisti Rəfael Dadaşov Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Ona ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu qoyulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR