Muzeyin divarından görün nə çıxdı -

İtaliyanın şimalında Piasensa şəhərindəki "Galleria d'arte moderna Ricci Oddi" sənət qalereyasında meydana gələn hadisə qalereya işçilərinin və sənətsevərlərin təəccübünə səbəb olub.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, muzeydən 22 il 9 ay əvvəl oğurlanan və avtriyalı rəssam Qustav Klimtə aid olan "Bir xanım" ("Portrait of a Lady") adlı tablonun bu müddət ərzində elə qalereyanın özündə olduğu ortaya çıxıb.

1997-ci ildə oğurlanan tablo təsadüf nəticəsində tapılıb. Belə ki, qalereyada təmizlikçi olan bir şəxs qalereyanın həyətində iş görən zaman təsadüfən divardakı qapaqlı bölümü açıb və qara bir parçaya bükülmüş halda tablo olduğunu görüb.

Ölkənin yerli mediası təmizlik işçisinin tablonu zibil qutusuna atmaq istədiyini, daha sonra qalereyada bir mütəxəssisin tablonu tanıdığını qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR