Azərbaycandakı qadın resurs mərkəzləri 200-dən çox qadına biznes qurmaqda kömək edib

Azərbaycandakı qadın resurs mərkəzləri 200-dən çox qadına biznes qurmaqda kömək edib
10:57 13 Dekabr 2019
87 Digər
Ölkə mətbuatı
A- A+

“Biz qadınların hüquqlarını müdafiə edəndə, onların acizliyini iqtisadi baxımdan zəif olun-olmamasını əsasən müəyyən edirik. İqtisadi baxımdan azad qadın heç nədən qorxmur, inamla gəzir və öz hüquqlarını qoruyur”.
“Report”un məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova "Scale Up" qadın sahibkarlar üçün akselerator proqramının təqdimatında deyib.
O bildirib ki, regionlarda yaradılan qadın resurs mərkəzləri sosial cəhətəndən zəif olan, boşanmış və məişət zorakılığına məruz qalmış qadınları iqtisadi maariflındirməklə məşğul olur, onlara biznes bacarıqlarını öyrədir.
“Sonra onlara şans veririk ki, öz biznes planlarını yazıb fəaliyyətə başlasınlar. Hər bir qadının daxilində bacarıq var. Mümkün deyil ki, o, nəyisə bacarmasın. Qaslnda nəyisə görmək üçün təşkilatlara ehtiyac var. 9 rayonda mövcud olan qadın resurs mərkəzlərinin fəaliyyəti nəticəsində artıq 200-dən artıq qadın öz biznesinə başlayıb. Bu gün Azərbaycanda qadınların öz bizneslərini başlamaq üçün imkanlar var. İnsanlara sadəcə bunu göstərmək lazımdır”, - sədr müavini qeyd edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/qadin-resurs-merkezleri-200-den-cox-qadina-biznes-qurmaqda-komek-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR