Bərdədə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Bərdədə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib
11:32 13 Dekabr 2019
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdədə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bərdə şəhəri, Mirzə Fətəli Axundov küçəsi mənzil 6-da baş verib.

Şəhər sakinləri Məmmədova Yeganə İshaq qızı və onun övladları - Məmmədov İlham Tofiq oğlu və Məmmədova Zəhra Tofiq qızı dəm qazından zəhərlənmə diaqnozu ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan APA-ya verilən məlumata görə, dəm qazından zəhərlənən ailə üzvlərinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/810067.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR