Rüfət Axundov "Hər şey daxil"in efirində qonaq olub.

Milli.Az xəbər verir ki, ifaçı verilişin yeni rubrikasına əsasən qarşısındakı zərflərdən birini seçib. Həmin zərfdən Xatirə İslamın adı çıxıb.

Xanım həmkarının adını görən Rüfət "Xatirə İslam deyəndə Vasif Məhərrəmli yada düşür" ifadəsi ilə reaksiya verib.

"Xatirə deyəndə Vasif yada düşür" - Rüfətdən həmkarlarına ATMACA - FOTO

Aparıcı Tarix Əliyev (Tolik) Rüfətə "Sən demək istəyirsən ki, Vasif Xatirəyə görə gündəmdədir?" sualı ilə müraciət edib. Rüfət "Yox, ikisi bir yerdə duet oxuyur. Onlar duet ortağıdır da" cavabını verib.

Məhəmməd Vaqif
Milli.Az