Serj Sarkisyan Ərdoğanın dəvətini rədd edib

22:32 16 Yanvar 2015
56 Dünya
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 22:29 ]

Bakı-APA. Ermənistan prezidenti Serj Sarkisyan Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın aprelin 24-də Çanaqqala qələbəsinin 100 illiyini qeyd edilməsi münasibətilə təşkil olunacaq bayram tədbirlərində iştirak etmək üçün dəvətini rədd edib.

APA-nın “Novosti Armeniya”-ya istinadən verdiyi məlumata görə, bu barədə S.Sarkisyanın mətbuat xidməti bildirib.

 

Yanvarın 15-də Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyev ilə birgə keçirdiyi mətbuat konfransında Çanaqqala döyüşündə qazanılmış qələbənin 100 illiyinin qeyd ediləcəyini bildirmişdi. Bununla bağlı, aprelin 24-də Türkiyəyə bir sıra ölkələrin dövlət başçıları dəvət ediləcək. Həmçinin, həmin gün  Ermənistanda qondarma  “erməni soyqırımı"nın 100 illiyini qeyd ediləcək.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369416

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR