Türkiyənin tanınmış bəstəkarı Müzəffər Özpınar dünyasını dəyişib.

Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, xəbəri sosial şəbəkədə müğənni Ajda Pekkan paylaşıb: “Müzəffər Özpınar, böyük ustad vəfat edib… Ürəyim yanır. Allah rəhmət eləsin!”.

M.Özpınar “Dost bildiklərim”, “Nəyə yarayar gəlişin”, “Tanrım, məni başdan yarat” kimi bəstələrlə tanınır.

O, Zəki Mürənin “Kahır mektubu” albomundakı bütün mahnıların müəllifidir. Müslüm Gürsəs, Sibel Can, Muazzez Ərsoy kimi sənətçilər onun bəstələrini səsləndiriblər.

Tanınmış sənətçi dünyasını dəyişdi