“Qarabağın Azərbaycana qaytarılması...” - İrəvandan növbəti həyasızlıq

“Qarabağın Azərbaycana qaytarılması...” - İrəvandan növbəti həyasızlıq
16:17 14 Dekabr 2019
134 Dünya
Ölkə mətbuatı
A- A+

"Ermənistan və Azərbaycan hazırda heç bir sənəd müzakirə etmir".

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan deyib.

Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyinə gəldikdə, Nağdalyan ölkəsinin işğalçı mövqeyindən geri çəkilməyəcəyini bir daha təkrarlayıb:

"Qarabağ münaqişəsinin nizamlanmasında əsas prinsipimiz Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnun tanınmasıdır. Öz müqəddəratını təyinetmə hüququ məhdudlaşdırılmadan həyata keçirilməlidir. Bu o deməkdir ki, Qarabağ xalqı öz statusunu Azərbaycanın suverenliyi, yurisdiksiyası və ərazi bütövlüyü xaricində saxlamaq və həll etmək hüququna malikdir.

Bu hüququn həyata keçirilməsini təmin etməyən bütün təkliflər Ermənistan üçün qəbul edilə bilməz".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/810460.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR