Hüquqi şəxslərə xidmət göstərən fərdi sahibkarın sosial sığorta və vergi öhdəliyi

Hüquqi şəxslərə xidmət göstərən fərdi sahibkarın sosial sığorta və vergi öhdəliyi
19:52 15 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Sumqayıtda qeydiyyatda olan fərdi sahibkar Bakıda hüquqi şəxslərə xidmət göstərdiyi halda nə qədər sosial sığorta və vergi ödəməlidir?

Milli.Az xəbər verir ki, Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsinə əsasən, vergiödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Buna əsasən, fərdi sahibkar kimi digər hüquqi şəxslərə xidmət göstərən şəxslər gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərməlidirlər. O da nəzərə alınmalıdır ki, mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Həmçinin tikinti və ticarət istisna olmaqla digər sahələrdə fəaliyyət göstərən şəxslər fəaliyyət göstərdikləri ay üçün məcburi dövlət sosial sığorta haqqı ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 20 faizi məbləğinin Sumqayıt şəhərində 90 faizi miqdarında sosial sığorta haqqı ödəməlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/809009.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR