Süni intellekt daha bir məqsəd üçün istifadə ediləcək.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, dünyaca məşhur alman bəstəkarı Lüdviq Bethovenin ölümünün 250 illiyi səbəbilə yarım qalan onuncu simfoniyası süni intellektin köməyi ilə tamamlanacaq.bunun üçün xüsusi alqoritmlərdən istifadə ediləcək. Bəstəkarın 9-cu və 10-cu simfoniyaları xəstəlik səbəbindən yarımçıq qalmışdır.

Qeyd edək ki, bundan öncə süni intellektin fəaliyyəti Şekspir əsələrinin araşdırılmasında istifadə edilmişdi.