Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 4 nəfər tüstüdən boğulma diaqnozu ilə daxil olub
Paylaş
·150 baxış·1 dəq oxu
Bakı. 19 may. REPORT.AZ/ "Bakıda hündürmərtəbəli binada baş verən yanğınla əlaqədar Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 4 nəfər tüstüdən boğulma diaqnozu ilə daxil olub. Hazırda onların vəziyyəti orta-ağır kimi qiymətləndirilir". Bunu "Report"a açıqlamasında şöbənin müdiri Azər Maqsudov bildirib. Onun sözlərinə görə, şöbəyə daxil olan 4 nəfərin hamısı qadınlardır.