"Google" və xidmətlərinin işində yaranan problemlərin səbəbi məlum olub.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Avropa optik kabellərində irimiqyaslı qəza baş verib və nəticədə internet birləşmələrində fasilələr yaranıb Bu barədə "Ucom” açıqlama yverib.

Bildirilib ki, "Google”un interaktiv xəritəsinə əsasən, Azərbaycan, Almaniya, Avstriya, Belarus, Böyük Birtaniya, İrlandiya, İtaliyanın şimalı, İsveçrə, Türkiyə, Macarıstan, Rumıniya, Yunanıstan, Ukrayna, Gürcüstan və Ermənistanda 1,5 saat internetdə fasilələr yaranıb, "Google" sistemi, o cümlədən Gmail”, "Youtube”, "Google Analytics”, "Google Play” işləməyib.

Qeyd edilib ki, qəzanın nəticələri aradan qaldırılır.