Bakı, 19 may, AZƏRTAC
Cari il aprelin 1-nə olan statistikaya əsasən, respublika üzrə əmək pensiyası alan şəxslərin sayı 1 milyon 292 min 40 nəfər təşkil edir. Onlardan 783 min 381 nəfəri yaşa görə, 367 min 489 nəfəri əlilliyə görə, 141 min 170 nəfəri isə ailə başçısını itirməyə görə əmək pensiyası alır.
Fonddan AZƏRTAC-a bildiriblər ki, hazırda yaşa görə əmək pensiyasının orta aylıq məbləği 193,9 manat, əlilliyə görə əmək pensiyasının orta aylıq məbləği 149,6 manat, ailə başçısını itirməyə görə əmək pensiyasının orta aylıq məbləği isə 131,2 manat təşkil edir.
Əmək pensiyası alan qadınların sayı 771 min 730 nəfər, kişilərin sayı isə 520 min 310 nəfərdir. Həmçinin əmək pensiyası alanların 134 min 354 nəfəri işləyənlərdir.