Virtual reallıq texnologiyasına bir müddətdir ciddi sərmaye yatıran "Facebook" bazar payını artırmaq üçün öz əməliyyat sistemini yaradacaq.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, "Windows NT" əməliyyat sisteminin qurucularından Mark Lukovski ilə razılaşan "Facebook" SEO-su Mark Zukenberq yeni əməliyyat sistemi üçün addım atmağa başlayıb.

"Eye OS" adı verilən sistemin fərqli cihazlarda istifadə edilə biləcəyi və "Android"ə rəqib ola biləcəyi düşünülür.