Afət intim videosu yayılan aktyora dəstək çıxdı:

Xəbər verdiyimiz kimi, ötən gün aktyor Ülvi Həsənlinin porno videosu yayılıb. Bir xanımla telefonla danışan və açıq-saçıq hərəkətlər edən Ülvinin görüntüsü qız tərəfindən qeydə alınaraq, sosial mediada yayılıb. Görüntülərin yayılmasından sonra aktyoru sərt tənqid edənlər çox olsa da, tanınmışlar arasında ona dəstək olanlar da tapılıb.

Metbuat.az xəbər verir ki, müğənni Afət Fərmanqızı aktyorun müdafiəsinə qalxıb. Sosial şəbəkədə Ülvi ilə fotosunu paylaşan ifaçı həyatda hər kəsin səhvləri ola biləcəyini yazlb:

"Son vaxtlar sosial şəbəkədə Ülvi bəyə qarşı məlum məsələ ilə bağlı bir neçə fikir diqqətimi çəkdi. Hər bir fikrə hörmətlə yanaşıram, amma hər bir insan həyatda səhv edə bilər. Sizin heç səhviniz yoxdurmu? Ülvi çox istedadlı gəncdir. Öndə olanı vurmaq bəzilərinin peşəsidir. Belə haqq-ədaləti deyənsinizsə, üzdəniraqların əlindən İnstaqrama girmək mümkün deyil, onları boykot edin. Xahiş edirəm sizdən, belə məsələlərdə diqqətli olaq.

Ülvi bəyə bildirmək istəyirəm ki, səhnədə ol, düşmənə aman vermə ki, istədiyinə çatsın. Bu məsələlərdə marağı olanlara ar olsun! Belə məsələlərdə kişiyə ləkə yapışmaz, o qadına ar olsun!”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR