Donald Tramp və Sindzo Abe KXDR ətrafında vəziyyəti müzakirə ediblər

Donald Tramp və Sindzo Abe KXDR ətrafında vəziyyəti müzakirə ediblər
20:07 21 Dekabr 2019
54 Digər
Ölkə mətbuatı
A- A+

Yaponiyanın baş naziri Sindzo Abe ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Yaponiya hökumətinin başçısı bildirib.
Qeyd edilir ki, tərəflər Koreya yarımadasında vəziyyəti müzakirə ediblər.
"Biz Şimali Koreyanın ətrafında cari vəziyyəti təhlil edik və gələcək hərəkətlərimizi müzakirə edik", - deyə o bildirib. Abe raket sınaqları da daxil olmaqla, rəsmi Pxenyanın indiki siyasətini və onun tərəfindən bir sıra hərəkətləri tənqid edib.
"Sülh dialoqu vasitəsi ilə nüvəsizləşmə üzərində işləmək lazımdır", - baş nazir əlavə edib.
Bununla birlikdə o, İranın dövlət başçısı Həsən RuhanininYaponiyaya səfərininABŞ prezidenti ilə müzakirə edilib-edilmədiyi haqda heç nə deməyib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/donald-tramp-ve-sindzo-abe-kxdr-etrafinda-veziyyeti-muzakire-edibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR