"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycanda mövcud olan 125 dairənin 7-i bu proseslərdə iştirak etmir: “Çünki bunlar tamamilə Ermənistan tərəfindən işğal olunan ərazilərdə yerləşən dairələrdir. Ümumilikdə, həmin dairələrdən başqa digər 7 dairədə də bizim məcburi köçkün vətəndaşlarımız var və burada seçicilərin sayı 339,326 nəfərdir”.