Müdafiə Nazirliyi: Hər hansı xarici ölkəyə məxsus hərbi təyinatlı vasitə Azərbaycan ərazisində yerləşdirilməyib

Müdafiə Nazirliyi: Hər hansı xarici ölkəyə məxsus hərbi təyinatlı vasitə Azərbaycan ərazisində yerləşdirilməyib
18:05 22 Dekabr 2019
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Müdafiə Nazirliyi son günlər bəzi xarici elektron media resurslarında İsrailə məxsus hərbi təyinatlı vasitələrin guya Azərbaycanda yerləşdirilməsi və bu ərazidən İrana qarşı zərbə endirilməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

Müdafiə Nazirliyindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu kimi məlumatlar +dezinformasiya və saxta xəbərdən başqa bir şey deyildir. 

Müdafiə Nazirliyi bildirir ki, yayılan məsuliyyətsiz, təxribat xarakterli məlumat uğursuz şəkildə qonşularla olan  münasibətlərimizə  xələl yetirmək məqsədi güdür: "Bir daha bildiririk ki, hər hansı xarici ölkəyə məxsus heç bir hərbi təyinatlı vasitə Azərbaycan ərazisində yerləşdirilməyib, bu barədə yayılan məlumatların heç bir əsası yoxdur və yalandır".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/812495.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR