İŞİD lideri yenə öldü

İŞİD lideri yenə öldü
02:26 17 Yanvar 2015
193 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror qruplaşmasının qondarma xəlifəsi Əbu Bəkr Bağdadinin ölməsi barədə növbəti iddialar yayılıb.

ANS PRESS-in məlumatına görə, bu barədə iddiaları Suriyanın “Sumeriye” telekanalı yayıb.

Məlumatda, əl Bağdadinin 2 gün əvvəl Ninovada ABŞ qırıcılarının hücumu zamanı ağır yaralanaraq xəstəxanaya çatdırıldığı bildirilib.

Bu gün isə, Ninovanın cənubundakı Səlamiyə böllgəsində müalicə olunan Bağdadinin xəstəxanada dünyasını dəyişdiyi iddia olunub.

Xatırladaq ki, bundan əvvəl də birneçə dəfə Əbu Bəkr Bağdadinin öldüyünə dair xəbərlər yayılmışdı.

Növbəti ölüm xəbərinin həqiqət, yoxsa strateji bir gediş olduğu hələlik məlum deyil.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR