Printerdə avtomobil hazırlayan ailəyə şirkətdən sürpriz -

2 ildir oğlu ilə birlikdə 3D printer istifadə edərək Lamborcini Aventador SV istehsal etməyə çalışan Sterlinq Bakus bu müddəti "Youtube" hesabından paylaşırdı.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, ailənin bu addımı "Lamborcini" şirkətinin gözündən yayınmayıb. Hər şeyi 12 yaşlı oğlu üçün etdiyini deyən Sterlinq ilə şirkət işçiləri ortaq olaraq sürpriz hazırlayıblar. İtalyan şirkətin işçiləri gecə ailənin qarajına gələrək 3D model yerinə real Lamborcini qoyublar. Səhər qaraja gələn uşaq isə avtomobili görərkən gözlərinə inanmayıb.

Ailə hədiyyə edilən avtomobili 2 həftə boyunca idarə edə biləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR