"AİJA-nın işindən razı deyiləm" -

“Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) işindən razı deyiləm. Yenisi yaransa, kömək etməyə çalışacağıq”.

Metbuat.az xəbər verir ki, bunu Gənclər və İdman naziri Azad Rəhimov 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Nazir bildirib ki, yeni qurum idmanın təbliğatı ilə məşğul olmalıdır: “Bu məqsədlə Qabil Mehdiyevdən xahiş etdim ki, yeni qurum yaratsın. Bu qurumun AİPS-in üzvü olub-olmaması vacib deyil. Əsas odur ki, yeni qurum idmanın təbliğatı ilə məşğul olsun. Çox istərdim ki, yeni qurum yaxşı işləsin”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR