"Mançester Siti" bu mövsüm İngiltərə Premyer Liqasında 19 xal itirib

"Vulverhempton" İngiltərə Premyer Liqasının 19-cu turunun matçında "Mançester Siti"ni qəbul edib.

Metbuat.az xəbər verir ki, qarşılaşma Vulverhemptonun "Moline" stadionunda keçirilib və meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

"Sky Sport" "Twitter"də bildirib ki, "şəhərlilər" bu mövsümdə Xosep Qvardiolının rəhbərliyi altında premyer liqada 19 xal itiriblər. Bu rəqəm keçən mövsümdə 16 xal olub.

"Mançester Siti" İngiltərə Premyer Liqasının 19 turunda 38 xal toplayıb. Oxşar nəticə 2016/2017-ci il mövsümündə müşahidə olunub.

"Mançester Siti" növbəti turda "Etixade"də "Şeffild Yunayted"i qəbul edəcək. Görüş bazar günü - dekabrın 29-da baş tutacaq və Bakı vaxtilə saat 22:00-da başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR