Hacıqabulda iki avtomobil toqquşdu, FHN sürücünü xilas etdi

Hacıqabul rayonunda "Mercedes" və "KamAZ" markalı iki yük avtomobili toqquşub.

Metbuat.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan "Mercedes" markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. (milli.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR