Mərkəzi Gömrük Hospitalında uşaqlar üçün “Sağlam Nəsil” aksiyası keçirilib (FOTO)

Mərkəzi Gömrük Hospitalında uşaqlar üçün “Sağlam Nəsil” aksiyası keçirilib (FOTO)
11:22 29 Dekabr 2019
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Mərkəzi Gömrük Hospitalında “Sağlam Nəsil” aksiyası keçirilib. Aksiyadada yaşı 16-ya qədər olan uşaqlar üçün bütün ambulator tibbi xidmətlərə 50% endirim tətbiq edilib.

Mərkəzi Gömrük Hospitalın Pediatriya şöbəsinin btün pediatrları aksiyada iştirak ediblər. Səhər saatlarından başlayaraq gün ərzində Hospitala müraciət edən hər bir uşağa simvolik olaraq şar hədiyyə edilib. Bu da uşaqlar arasında böyük sevincə səbəb olur.

Mərkəzi Gömrük Hospitalına aksiyada iştirak etmək üçün müaraciət edən valideynlər keçirilən aksiyanı yüksək qiymətləndiriblər. Bütün balaca pasiyentlər yüksəkixtisaslı həkimlər tərəfindən yoxlanılıb və müvafiq müayinələr yazılıb. Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalı 7/24 rejimində çalışır və “Sağlam Nəsil” endirimli aksiya gecə saat 12.00-a kimi kimi davam edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3171039.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR