Bu barədə “Yüksəliş” müsabiqəsinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, dövlət quluqçularının da müsabiqəyə qatılmasında hər hansı məhdudiyyət yoxdur.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinə dekabrın 27-dən start verilib. Müsabiqədə qeydiyyat mərhələsi bitənədək 21-51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan vətəndaşları iştirak edə bilərlər.
“Yüksəliş" müsabiqəsinin məqsədi Azərbaycanda yeni nəsil idarəçilərin ortaya çıxarılmasıdır.