Bakı-Qazax yolunda faciə, sürücü yük maşınının altında qalıb öldü

Bakı-Qazax yolunda faciə, sürücü yük maşınının altında qalıb öldü
17:05 29 Dekabr 2019
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Qazax yolunda sürücü bədbəxt hadisə nəticəsində ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Bakı-Qazax yolunun 191-ci kilometrliyində, yolun Kürdəmir rayonun ərazisindən keçən hissəsində baş verib.

Astara rayon sakini, 1977-ci il təvəllüdlü Bayramov İlham Nail oğlu idarə etdiyi "Mercedes" markalı 99 ZA 799 dövlət nömrə nişanlı yük maşınında nasazlıq yaranıb.

Sürücü yük maşınını yolun kənarında saxlayaraq qaldırıcı qurğu ilə maşını qaldırıb. Daha sonra o nasazlığı aradan qaldırmaq üçün maşının altında işləyərkən avtomobil qaldırıcı qurğudan düşüb. Nəticədə sürücü maşının altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/814505.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR