Saatlıda avtomobili traktorla toqquşub, xəsarət alanlar var

Saatlıda avtomobili traktorla toqquşub, xəsarət alanlar var
23:12 29 Dekabr 2019
23 Digər
Ölkə mətbuatı
A- A+

Saatlı rayonunda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə Nərimankənd kəndində qeydə alınıb.
"VAZ-21011" markalı avtomobil qarşıda gedən traktorun qoşqusuna çırpılıb. Qəza nəticəsində minik avtomobilində olan iki nəfər xəsarət alıb. Yaralılar Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/saatlida-avtomobili-traktorla-toqqusub-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR